Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:23

Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 4-də İrana səfər edir. Onun prezidenti Hassan Rohani, Ali Dini lider Ali Khamenei ilə görüşləri gözlənir.

Görüşlərdə bu günlərdə İraq kürdlərinin keçirdiyi referendumun əsas müzakirə mövzusu olacağı bildirilir. Böyük kürd azlıqları yaşayan Türkiyəylə İran bu referendum qarşı çıxıblar.

«Erdoğan-ın Tehrana səfərinin ən vacib motivasiyası İraq Kürdüstanındakı böhrandır», – Fransanın Burqundiya Biznes Məktəbinin İran üzrə eksperti, professor Jamshid Assadi VOA-yə deyib.

«İranla Türkiyə İraq Kürdüstanının müstəqilliyini istəmirlər, çünki bilirlər ki, öz ölkələrində də bu baş verə bilər», – o, sözlərinə əlavə edib.

ABŞ, digər Qərb ölkələri, BMT də kürd referendumuna qarşı çıxıblar, bunun İraqda sabitsizlik yaradacağından, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədən diqqəti yayındıracağından narahatlıq bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG