Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:18

İstəyirsən, lap avtomat al


Colt AR-15 yarı avtomat silahı , ABŞ bayrağı və Konstitusiyası
Colt AR-15 yarı avtomat silahı , ABŞ bayrağı və Konstitusiyası

Las Veqasda oktyabrın 1-də 59 adamı öldürən , 527 adamı yaralayan 64 yaşlı pensiyaçı Stephen Paddock bu qədər silahı necə alıb?

Polis onun atəş açdığı otelin otağına gələndə Paddock özünü artıq öldürmüşdü, ancaq otaqdan 23 silah tapıldı. Onların çoxu avtomat silahlar idi.

Paddockun Nevada ştatındakı evindən isə 19 silah çıxdı.

Amerika tarixində ən qanlı qırğından sonra yenə silah satışı ətrafında mübahisə qızışır.

KRiMİNAL KEÇMİŞİ OLAN DA...

ABŞ Konstitusiyası vətəndaşlara silah əldə etməyə icazə verir.Ancaq silah qanunverciliyi ştatdan ştata fərqlidir. Mühafizəkar ştatlarda – Texasda, Nevadada, Floridada silah almaq asandır. Liberal ştatlarda silah almağa çoxlu məhdudiyyət var, Nyu Cersidə isə silah satışı qadağandır.

ABŞ-da silah almaq istəyən ştat hakimiyyətindən icazə almalıdır. Hakimiyyət müəyyən tələblərə cavab verənlərin hamısına bu icazəni verir.Tələblər adətən yaşla, ruhi xəstəliyinvə kriminal keçmişin olmamasıilə bağlıdır. Bəzi ştatlarda barmaq izləri götürülür.

Bəzi ştatlara isə hətta kriminal keçmişin olması silah almağa maneə deyil. Həbsdən çıxan adam müəyyən vaxt keçəndən sonra silah ala bilir.

Bir sıra ştatlarda silah almaq istəyən sübut eləməlidir ki, silah ona doğrudan da lazımdır. Ştat hakimiyyəti silaha icazəni bu halda verir. Belə ştatlarda hakimiyyət silaha icazə verməyəndə izahat verməyə də bilər. Bu ştatlara Kaliforniya və Nyu York aiddir.

Bəzi ştatlar da var ki, orda silaha icazə lazım deyil.

Belə ştatların bəzilərində yalnız o tələb olunur ki, silah boş , yəni içində güllə olmadan saxlanmalıdır.

Bəzilərində isə silahı olanın yanında mütləq şəxsiyyət vəzsiqəsi olmalıdır.

ABŞ-da silahı olmağa qadağan qoyulan ştat yoxdur.

Kolumbiya dairəsində, Havay adalarında, Massaçusets və Nyu Cersi ştatrında silaha icazə almaq çox çətindir.

Silah dükanı
Silah dükanı

AVTOMATLA GƏLSƏYDİ BELƏ...

Paddock məsləsinə qayıdaq.

Paddockun yaşadığı Nevada ştatı silah almağa ən sərbəst ştatlardan biridir. Burda silah almağa ştat hakimiyyətinin icazəsi lazım deyil. Alınan silahı qeydiyyata aldırmaq da lazım deyil. Yeganə tələb odur ki, silah dükanında satıcı alıcının şəxsiyyət vəsiqəsinə baxmalıdır ki, doğrudanmı silahı öz adına alır.

Nevadada azı iki silah dükanı təsdiqləyib ki, Paddock onlardan silah alıb və tam qanuni yolla, yəni öz adına alıb.

Onun 6 silah aldığı dükan da ona silah satdığını təsdiqləyir.

Satıcıların sözlərinə görə, Paddock bütün yoxlamaları keçib. Satıcıların ona silah satmamağa əsası olmayıb. Paddockun böyük qanun pozuntuları olmayıb.

Nevadada qanunlar o qədər liberaldır ki, burda avtomat silah da almaq olar. Bir çox ştatlarda avtomat silah satışı qadağandır.

Silah gəzdirməyə gəlincə, Nevadada silahı açıq gəzdirmək olar. Əgər silahı bağlı gəzdirməık istəyirsənsə, onda ştat hakimiyyətindən icazə almaq lazımdır.

Ona görə də Paddock otelə hətta əlində avtomat silahla girsə belə, otel işçilərinin onun qarşısını kəsməyə qanuni əsasları olmayacaqdı. Nevadada belə qanun yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG