Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:34

Səfir: 'ABŞ Azərbaycana 1.3 milyard yardım edib'


Robert Cekuta

Bu gün, oktyabrın 3-ü ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlərdən ötrü tikilən yeni məktəb binasının açılışı olub.

AZƏTAC-ın xəbərinə görə, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da iştirak edib.

Səfir deyib ki, bu, ABŞ Müdafiə Departamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda həyata keçirilən 16-cı məktəb layihəsidir. O vurğulayıb ki, 17-ci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.

Səfirin dediyinə görə, 1992-ci ildən indiyə qədər ABŞ Azərbaycana 1 milyard 300 milyon yardım göstərib.

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanıb. 1992-ci ildən ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG