Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:53

Avstriyada üzü örtən baş örtüyü qadağan olundu


Burkalı qadın
Burkalı qadın

Avstriyada oktyabrın 1-dən üzü bağlayan baş örtükləri və maskalar ictimai yerlərdə qadağan olunur.

Qanunun təşəbbüsçüsü Avstriyanın Sosial-Demokrat və Xalq Partiyalarıdır.

Onlar bildirirlər ki, qanun niqaba və burkaya qarşıdır. Ancaq kloun maskaları və tibbi maskalar da qadağan altına düşüb. İstisna hallar kimi tibbi məqsədlərlə maska geyilməsinəvə karnavallarda maska taxılmasına icazə verilir.

Qanuna görə, polis maskalı və ya üzü örtüklü şəxs görsə, əvvəlcə ondan xahiş edəcək ki, bunları çıxartsın. Çıxartmayan 150 avro cərimə ədəməlidir.

Avropanın digər ölkələrində də müsəlman rəmzli paltarları qadağan etməyə cəhdlər olunur.

2016-cı ilin avqustunda Fransanın Kann şəhərinin meri çimərliklərdə müsəlman qadın çimərlik paltarı olan burkinini qadağan etdi. Ancaq sonra Ali Məhkəmə bu qərarı ləğv etdi.

2016-cı ilin sentyabrpında Bolqarıstanda burka və üzü örtən digər paltar ictimai yerlərdə qadağan olundu.

Üzü örtən müsəlman paltarı Belçikada, Niderlanda, İsveçrənin bəzi regionlarında, Fransada, Latviyada qadağandır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG