Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:47

4 min 500 şəxs qan verib


Məşədi Dadaş məscidində Aşuranı belə qeyd elədilər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Məşədi Dadaş məscidində Aşuranı belə qeyd elədilər

Oktyabrın 1-i Aşura günü ilə bağlı məscidlərdə könüllü qanvermə aksiyaları keçirilib.

Bu məlumatı Səhiyyə Nazirliyi yayıb.

Qanvermə aksiyası ölkənin 17 məscid və ziyarətgahında keçirilib:

«Təşkil olunmuş qanvermə aksiyalarında 4437 nəfər könüllü olaraq qan verib. Nəticədə 1774.8 litr qan tədarük olunub. Qandan hazırlanan preparatlardan hemofiliyalı, talassemiyalı və qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq».

Bu il sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

XATIRLATMA

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir. (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG