Oktyabrın 1-dən Avstriyada içtimai yerlərdə üzü örtən baş örtükləri geymək qadağandır.
Qanunun təşəbbüskarları “Sosial-demokrat” və “Avstriya xalq partiyası”-dır.
“Wiener Zeitung” nəşri yazır ki, qanunun təşəbbüskarları onu “dini cəhətdən neytral” adlandırsalar da bu çox gümün ki, burka və niqaba qarşı yönəlib.
Amma bu qadağa tibb və kloun maskaları, habelə respiratorlara da şamildir.
Bu cür elementlərdən yalnız peşəkar fəaliyyət zamanı və ya karnavallarda istifadə etmək olar.
Nəşrin yazdığına görə polis qanunu pozanlardan əvvəlcə qadağan olunmuş geyimin çıxarılmasını tələb edəcək.
Bundan imtina edənləri 150 avro cərimə gözləyir.