Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:41

Əfqan Muxtarlının ev dustaqlığına buraxılması istənilir


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman

Həbsdəki jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması istənilir.

Jurnalistin vəkillərindən Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, sentyabrın 28-də bununla bağlı Nəsimi Rayon Məhkəməsinə vəsatətlə müraciət ediblər.

Vəkilləri Ə.Muxtarlı barəsindəki həbs qərarının ev dustaqlığına dəyişdirilməsini və ya 11 min manat məbləğində girov əvəzində onun azadlığa buraxılmasını istəyirlər.

Buna da bax:​ Yeni hesabat: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar

Z.Sadıqova vəsatətlərin qanuni əsaslarının olduğunu, ona ədalətli baxılarsa, təmin edilə biləcəyini bildirib.

Prosessual qanunvericiliyə görə, vəsatətə 10 gün ərzində baxılmalıdır.

Ə.Muxtarlının vəkilləri avqust ayında da eyni istəklə məhkəməyə müraciət etmişdilər. Ancaq həmin vaxt məhkəmə vəsatəti rədd etmişdi.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Buna da bax:​ Əfqan Muxtarlıya 110 manat cərimə kəsilib

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG