Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:33

Bakıda növbəti Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı


Beynəlxalq Kitab Sərgi-Yarmarkasında. 28sent2017

Sentyabrın 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçirilən sərgi-yarmarka Bakı İdman Sarayında açılıb.

Ənənəvi sərgi-yarmarkaya 40 ölkəni təmsil edən kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin təmsilçiləri qatılıb.

Buna da bax:​ "Balaca Şahzadə" Quran və İncildən sonra dünyanın ən çox tərcümə olunan kitabıdır

Sərgi çərçivəsində kitab təqdimatları, “dəyirmi masa”lar, müzakirələr təşkil olunacaq.

Sərgidə Azərbaycanın “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər nəşriyyat-poliqrafiya müəssisələri iştirak edir.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG