Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 12:22

Türkiyənin milli müdafiə naziri Azərbaycana gələcək


“TurAz Qartalı - 2017” birgə təlimlərinin loqosu

Sentyabrın 27-si Türkiyə milli müdafiə naziri Nureddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində N. Caniklinin bir sıra rəsmilərlə görüşü, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Buna da bax:​ Türkiyə Somalidə hərbi baza yaradır?

Səfər sentyabrın 29-dək davam edəcək.

Sentyabrın 18-dən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.

Təlimlərdə iki ölkəyə məxsus MiQ-29, F-16, Su-25, “C-130 Herkules”, “CASA CN-235” təyyarələri, “Mi-35”, “Mi-17” və “Sikorski S-70” helikopterlərindən ibarət 30-a qədər aviasiya vasitəsi iştirak edir.

Təlimlər sentyabrın 29-u başa çatmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG