Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 09:24

Bakıda yağış, dağlarda qar gözlənir


Yağış

Sentyabrın 27-si Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının leysana çevriləcəyi ehtimalı edilir. Gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Sentyabrın 27-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG