Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:31

Erdoğan kürdlərə xəbərdarlıq edir


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan sentyabrın 25-də deyib ki, İraqda kürdlərin müstəqillik referendumuna görə Türkyə şimali İraqla sərhədləri bağlayacaq.

Erdoğan İraq kürdlərinə xəbərdarlıq edib ki, Türkiyə onların əsas neft ixracı yolunu bağlaya bilər.

Erdoğan bildirib ki, Habur sərhəd məntəqəsində gediş gəliş bu gün məhdudlaşdırılıb, ancaq bu həftə tamam bağlana bilər.

İraq Kürdüstanı öz neftini Türkiyə və onun Ceyhan limanı vasitəilə ötürürlər.

Sentyabrın 25-də İraq Kürdüstanı müstəqillik referendumu keçirir. Referendumun hüquqi qüvvəsi yoxdur, ancaq qonşu ölkələr və Bağdad narahatdırlar ki,“hə” cavabı müstəqillik tərəfdarlarına böyük siyasi güc verəcək.

XS
SM
MD
LG