Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Tandilyan Yerevana qayıdıb, Bakıda gördüklərini tənqid edir


Armen Ashotyan(solda) və Mane Tandilyan (mərkəzdə) Bakıda konfransda 22 sentybar 2017
Armen Ashotyan(solda) və Mane Tandilyan (mərkəzdə) Bakıda konfransda 22 sentybar 2017

“Biz mətbuatın, Azərbaycan cəmiyyətinin, təhlükəsizlik xidmətinin sutkaboyu diqqəti altındaydıq”

“Bizimlə yalnız protokol xidmətinin əməkdaşları ünsiyyətdə idi. Yəni, o adamlar ki, buna hüquqları var idi. Ümumi qeyri-dost aura açıq-aşkar var idi ”

Bunu Bakıda Euronest Parlament Assambleyasının konfransında iştirak edən Ermənistan Milli Məclisinin üzvü, müxalifətin Yelk blokundan olan Mane Tandilyan Azadlıq Radiosunun Erməni Xidmətinə sentyabrın 25-də Yerevana qayıdandan sonra verdiyi müsahibədə deyib.

Ermənistan parlamentinin üzvü Armen Aşotyanla birlikdə Bakıda konfransda olan Tandilyan deyir ki, “biz Bakıda erməni kilsəsinə getmək istədik, ancaq kilsənin ərazisinə girə bilmədik. Dedilər ki, bura Prezident Kitabxanasına məxsusdur”.

Euronest Parlament Assambleyasının konfransı Bakıda sentyabrın 22-də keçirilib və gender bərabərliyi, sağlamlıq, mədəniyyət məsələlərinə həsr olunmuşdu.

Euronest PA isə Avropa Birliyi ilə yaxın əlaqə qurmaq istəyən ölkələrin və Avropa Parlamentinin deputatlarından ibarət parlamentlərarası forumdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG