Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:25

REAL Hərəkatı partiyaya çevrilir


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətindədir. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənir.

Bu haqda hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib.

Onun deməsinə görə, sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə Təşəbbüs Qrupunun toplantısı olub və orada bu qərar yekdilliklə qəbul edilib.

N.Cəfərli vurğulayıb ki, hərəkatın partiyaya çevrilməsi yeni məsələ deyil:

«Bu hazırlıqlar bir müddət öncə başlayıb, sadəcə buna bir zaman lazım idi. Hesab edirik ki, hərəkat yarandığı 8 il ərzində özünü bütün ölkəboyu ciddi qurum kimi tanıdıb, bu yöndə uğurlar qazanıb. İndi isə partiya formatında ciddi strukturlaşma zərurəti yaranıb və odur ki, haqqında danışılan qərar qəbul edilib».

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG