Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:42

Kataloniyada müstəqillik tərəfdarları küçələrə çıxıb


Barselonada nümayiş

Barselona və Kataloniyanın digər şəhərlərində regionun İspaniyadan ayrılması ilə bağlı referendum tələbilə mitinqlər keçirilir.

Kataloniya parlamenti bu günlərdə oktyabrın 1-nə müstəqilliklə bağlı referendum təyin edib.

Əllərində Kataloniya bayraqları və digər şüarlar tutan aksiyaçılar əhalini referendumda müstəqilliyə səs verməyə çağırırlar.

İspaniya hökuməti referendumu qanunsuz sayır və onun keçirilməməsini tələb edir.

Kataloniyalı siyasətçilər referendumu dəstəklmək üçün plakatlar çap edilməsi və yayılmasını tələb edirlər.

Kataloniya regional parlamentinin sədri Carmen Forkadel Barselonada kütləyə müraciət edərkən deyib: “Sizdən xahiş edirəm, çıxın və səs verin ! Kataloniyanın gələcəyinə səs verin !”

İspaniyanın Konstitusiya məhkəməsi referendumla bağlı Kataloniya parlamentinin qərarını dayandırıb və polis səsverməyə hazırlığı pozub, reydlər keçirib və 10-dan çox adam saxlanıb.

İspaniya konstitusiyası ölkənin bölünməsinə icazə vermir.

Bundan əvvəl də-2014-cü ilin noyabrında Kataloniyada müstəqilliklə bağlı referendum keçirilmişdi.

Amma Konstitusiya məhkəməsi həmin vaxt Kataloniyanı səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendum qeyri-formal keçirildi.

Həmin vaxt 80 faiz regionun İspaniyadan ayrılmasına səs vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG