Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:47

ABŞ-da haker hücumlarına məruz qalmış ştatların adları açıqlanıb


Karikatura

ABŞ-ın daxili təhlükəsizlik nazirliyi 2016-cı ildə ölkədə keçirilən president seçkisi zamanı haker hücumlarına məruz qalmış ştatları açıqlayıb.

Hakerlər ümumilikdə 21 ştata hücum ediblər ki, bunlardan ən çox Pensilvaniya, Ohayo, Virciniya, Viskonsin və Merilend ştatlarına ziyan dəyib.

Bu barədə Reuters agentliyi nazirliyə istinadla məlumat yayıb.

Bir neçə halda isə məlumat bazalarının faktiki sındırılması halları aşkar edilib.

Daxili təhlükəsizlik departamenti bu barədə ştatlara məlumat verildiyini bildirir.

Həmçinin Alabama, Alyaska, Kolorado,Konnektikut, Florida, Minnesota, Texas və Vaşinqton ştatları rusiyalı hakerlərin hücumuna məruz qaldıqlarını təsdiqləsələr də bu cəhdlərin uğursuz olduğunu deyirlər.

Son rəy sorğusuna görə, amerikalıların çoxu müəyyən dərəcədə əmindir ki, Rusiya “Facsbook” və digər social şəbəkələrlə ABŞ-da seçki prosesinə təsir edə bilib.

CNN televiziyasının sifarişi ilə keçirilən sorğuda iştirak edənlərin 54 faizi belə hesab edir.

ABŞ senatının kəşfiyyat komitəsi gələn ay məsələ ilə bağlı açıq dinləmələr keçirməyi planlaşdırır.

Rusiya ABŞ-da keçirilən president seçkilərinə müdaxilə etmədiyini təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG