Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:11

Prezidenti İlham Əliyev sentyabrın 24-ü Salyan rayonuna gedib.

AZƏRTAC-ın xəbərinə görə, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə görülən işlər, həyata keçirilən layihələr barədə dövlət başçısına məlumat verib.

Sonra prezident 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

Verilən xəbərə görə,“Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına səbəb olub.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev bildiriib ki, yeni yarımstansiya dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir.

Prezident İlham Əliyevsonra 1200 şagirdsən ötrü nəzərdə tutulan Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında da iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

O, bildirib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometrini prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti yenidən qurub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlət başçısının ötən il imzaladığı sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.

Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdımalıdır.

Bu gün, sentyabrın 24-ü prezident İlham Əliyev Salyan rayonundan əvvəl isə Neftçala rayonunda səfərdə olub.
O səfər çərçivəsində“Neftçala” yarımstansiyasının və Sənaye Məhəlləsinin açılışında da iştirak edib.

Prezident eyni zamnda Neftçala rayonunda pambıq sahələri ilə tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG