Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 00:48

Azadlıq Radiosu jurnalist Semenanın məhkum olunmasını pisləyir


Mykola Semena

Sentyabrın 22-də Krımda Simferopol məhkəməsi jurnalist Mikola Semenanı Rusiyanın ərazi bötüvlüyünü pozmağa çağırışlarda günahkar bildi və ona 2,5 il şərti azadlıqdan məhrum etmə cəzası kəsdi.

Jurnalistə 3 il ictimai fəaliyyətlə məşğul olmaq qadağan olundu.

Jurnalistin kompüteri dövlətin hesabına müsadirə olunub.

Azad Avropa Azadlıq Radiolarının prezidenti Tomas Kent Semenaya hökmü pisləyib. Kent bunu Krımda müstəqil səslərin boğulması adlandırıb. O deyib ki, hökm Semenanın azad fikir bildirmək haqqını pozur.

Semenaya ittiham onun Azadlıq Radiosunun Krım Reallığı saytı üçün yazdığı məqalələrdən birinə əsaslanır.

Bu ilin mart ayında 10 Amerikalı Konqresmenin Krım Prokuroruna yazdığı məktubda jurnalistin azad olunması təkid olunurdu.

Krım Reallığı saytı hazırda Krımdan müstəqil məlumat verən demək olar ki, yeganə saytıdır. Bu sayta hər ay 1,5 milyon adam baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG