Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:30

'Hökumət demokratiyadan qaçır'- Mətbuat icmalı


Əti pambıq bahalaşdırır?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Əti pambıq bahalaşdırır?

Dövlət başçısı İlham Əliyevin BMT-nin 72-ci sessiyasındakı çıxışı, Avropa Birliyi ilə əməkdaşlıq haqqında sazişin imzalanmasının gecikməsi və ətin bahalaşması bu gün (22 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

PAYIZ GƏLMƏMİŞ YONCA BAĞLAMASI BAHALAŞIB

«Yeni Müsavat» qəzetində «Azərbaycanda ətin qiyməti niyə bahalaşır?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, ölkədə ət idxalı kəskin artıb. Nəticədə ət və ət məhsullarının qiyməti bahalaşmaqda davam edir.

Müəllif Dövlət Gömrük Komitəsinin açıqlamalarına istinadən qeyd edir ki, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə çəkidə 67 faiz, dəyərdə isə iki dəfədən çox artıb:

«Əgər ötən ilin yanvar-avqustunda xaricdən 16.9 min ton ət gətirib buna 20.4 milyon dollar xərcləmişdiksə, bu il 28.2 min ton ət alıb, 43 milyon dollara yaxın vəsait sərf etmişik».

Müəllifə görə, qiymət bahalaşmasının ən əsas səbəbi heyvanların qidalanmasında əsas yer tutan ot və ot bağlamalarının bahalaşmasıdır.

Yazıda vurğulanır ki, bir tərəfdən il quraq keçib, başqa tərəfdən də biçənək sahələrinin böyük bir hissəsindən əkin məqsədilə istifadə edilir. Yazıda baş verənlərin məsuliyyəti yerli məmurların üzərinə qoyulur:

«Heyvandarlıqla məşğul olan fermerlərin etirazları hələlik heç bir fayda vermir».

Yazıda bildirilir ki, hələ payız gəlməmiş yonca bağlamasının biri artıq 4-5 manat arasında dəyişir. Müəllif güman edir ki, bu, ətin, südün, yunun, yağın və pendirin bahalaşmasına səbəb olacaq.

İ.Əliyev və AB-nin xarici siyasət rəhbəri Federica Mogherini
İ.Əliyev və AB-nin xarici siyasət rəhbəri Federica Mogherini

«AVROPA BİRLİYİ İLƏ SAZİŞ BİLƏRƏKDƏN LƏNGİDİLİR»

Azadliq.info saytında «Hakimiyyət niyə öhdəlik götürmək istəmir?» sərlövhəli yazıda Avropa Birliyi ilə sazişin imzalanmasının yubanması dəyərləndirilir.

Yazıda bildirilir ki, bu günlər xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, Avropa Birliyi ilə saziş bu il imzalanmaya bilər.

Müəllif hesab edir ki, bu, Azərbaycan hökumətinin demokratiya və azadlıq prinsiplərindən uzaq qalmaq istədiyinin göstəricisidir.

Bununla belə yazıda xatırladılır ki, dövlət başçısı İlham Əliyev bir müddət əvvəl Avropa Birliyi ilə yaxın zamanlarda saziş imzalanacağını və Azərbaycanın bunda maraqlı olduğunu bildirmişdi.

Yazıda iki ziddiyyətli açıqlama təsadüf sayılmır. Müəllif hesab edir ki, rəsmi Bakı öz ənənəsinə sadiq qalaraq, siyasi öhdəliklərdən kənar qalmaqdan ötrü vaxtı uzatmaq istəyir.

Yazıda vurğulanır ki, Azərbaycan hökuməti Avropa Birliyi ilə əlaqələri tam kəsmək niyyətində deyil. Müəllifin fikrincə, sadəcə bütün əməkdaşlığı ancaq iqtisadi məsələlər üzərində qurmağa çalışırlar:

«Təbii ki, avtoritarizmə könül vermiş hökumət demokratiyadan qaçmaq üçün sona qədər israr edəcək. Hökumət başa düşür ki, bu kimi sazişlərin imzalanması siyasi məhbus məsələsindən tutmuş, şəffaf seçkiyə qədər bütün sahələrdə müsbət addımların atılmasını zəruri edəcək».

Müəllif hesab edir ki, Avropa Birliyi ilə imzalanacaq sazişin şərtlərində Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə heç bir təhdid yoxdur:

«Hökumət şəxsi maraqlardan çıxış edir və bu günə qədər aparılan anti-milli siyasəti davam etdirmək istəyir».

İ.Əliyev BMT-də
İ.Əliyev BMT-də

NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏ

«Azərbaycan» qəzetində «İlham Əliyevin növbəti beynəlxalq qələbəsi» sərlövhəli yazıda prezidentin ABŞ səfərinin nəticələri dəyərləndirilir.

Müəllif yazır ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq qələbəsi kimi tarixə yazıldı:

«Əlbəttə ki, Azərbaycan prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsüsündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət mühüm amil kimi dəyərləndirilməlidir».

Müəllif hesab edir ki, Qarabağ probleminə münasibətdə Ermənistan tərəfinin ərazi bütövlüyü prinsipini göz ardı edərək, yalnız xalqların öz müqəddəratını təyin etməsi prinsipini əsas götürməsini İ.Əliyev arqumentlərlə alt-üst edib.

Yazıda vurğulanır ki, İ.Əliyev münaqişənin sülh yolu ilə həllinə Azərbaycanın sadiq qaldığını deyib. Müəllifin xatırlamasına görə, eyni zamanda bildirib ki, Ermənistanın hərbi təxribatı davam edərsə, BMT-nin xartiyasına uyğun öz vətəndaşlarını qoruyacaq.

«Lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq», - prezidentdən sitat gətirilir.

Müəllif prezident İ.Əliyevin çıxışını Azərbaycanın 25 illik müstəqillik salnaməsinin inkaredilməz gerçəkliyi adlandırır.

XS
SM
MD
LG