Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:53

Moskva polisi Tacikistandan olan xeyli sayda miqrant fəhləni saxlayıb. Onlar ticarət mərkəzində bir tacikin təhlükəsizlik əməkdaşı tərəfindən bərk döyülməsiylə bağlı yayılan xəbərdən sonra etiraz edirmişlər.

Rusiyadakı Miqrantlar Federasiyasının prezidenti Karomat Sharipov ölkənin media orqanlarına danışıb ki, insident sentyabrın 20-də Lyublino rayonundakı ticarət mərkəzində baş verib.

Moskva polisi sentyabrın 21-də 90-dan çox adamın saxlandığını bildirib. Onların «miqrantlarla bir ticarət mərkəzinin təhlükəsizlik əməkdaşları arasında münaqişədən sonra» saxlandığı bildirilir.

Sharipov isə 250-dək adamın saxlandığını bildirir.

Moskvadakı Tacik Miqrasiya Xidmətinin sözçüsü Ahmad Ibrohimov sentyabrın 21-də AzadlıqRadiosuna deyib ki, döyülməsi etirazlar doğurmuş 27 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Moskvadakı Tacikistan səfirliyinin sözçüsü Novruz Zikirov adlı həmin şəxsin tezliklə buraxılacağını istisna etməyib. Sözçü sentyabrın 20-də saxlanan şəxslərin çoxunun buraxıldığını, yalnız 14-nün polis nəzarətində qaldığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG