Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:36

Pentaqon Rusiya ordusuyla görüş barədə açıqlama yayıb


Pentaqon

Bu həftə ABŞ və Rusiya generalları ilk dəfə olaraq üzbəüz görüş keçirib, Suriyada təsadüfi toqquşmaları önləməyin yollarını müzakirə ediblər.

Bu haqda Pentaqon sentyabrın 21-də məlumat yayıb.

Bundan öncə Rusiya Birləşmiş Ştatlara xəbərdarlıq etmişdi ki, Suriya hökumət qüvvələrinə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin mövqelərindən atəş açılsa, buna dərhal cavab veriləcək.

«Onlar üzbəüz müzakirə apardılar, xəritə və qrafiklər tərtib etdilər», – «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasıyla mübarizə aparan ABŞ koalisiyasının sözçüsü, ordu polkovniki Ryan Dillon Pentaqonda brifinqdə söyləyib.

Dillon-un sözlərinə görə, Suriyadakı Rusiya və Amerika quru qüvvələri son bir ayda telefonla koordinasiya aparır, bir-birinə atəş açmaqdan yayınmağa çalışırlar.

ABŞ müdafiə naziri Jim Mattis isə jurnalistlərə söyləyib ki, Suriyada quruda təsadüfi toqquşma sarıdan narahat deyil.

«Narahat deyiləm. Ruslarla əməkdaşlıq edirik», – o söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG