Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:44

Çinin mərkəzi bankı Şimali Koreyadan olan müştərilərə xitməti dayandırdı


Foto arxiv

Çinin mərkəzi bankı Şimali Koreyadan olan yeni müştərilərə xitmət göstərməməyi və mövcud kreditlərin dayandırılmasını göstəriş verib.

Bu barədə Reuters agentliyi 4 mənbəə istinadla xəbər verir.

Mərkəzi bankın göndərdiyi sənəddə bütün banklardan BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl edilməsi tələb olunur və xəbərdarlıq edir ki, bu tələbi yerinə yetirməyən banklar iqtisadi itkilərlə üzləşə bilərlər.

Reutersin məlumatına görə Çin Bankları sənədi ötən bazar ertəsi alıblar.

Həmçinin bütün banklardan tələb olunur ki, Şimali Koreyadan olan müştərilərə izah eləsinlər ki, onlar beynəlxalq öhətliyi yerinə yetirirlər.

Qeyd edək ki, Şimali Koreyanın son vaxtlar keçirdiyi nüvə və raket sınaqları Vaşinqtonla Pxenyan arasındakı münasibətləri daha da gərginləşdirib.

BMT-nin təhlükəsizlik şurası buna görə, Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG