Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:53

“Xristian dövləti və Müqəddəs Rusiya” təşkilatı rəhbərinin evindən vərəqələr çıxıb


Foto arxiv

“Xristian dövləti və Müqəddəs Rusiya” təşkilatının rəhbəri Aleksandr Kalininin evində aparılan axtarış zamanı “Matilda üçün yanmaq” vərəqələri aşkar edilib.

Azadlıq Radiosu Rusiya xidmətinin yazdığına görə bu cür vərəqələr bundan əvvəl yandırılmış avtomobillərin ətrafına da səpələnibmiş.

RİA Novosti-nin məlumatına görə, həmin yanğınlara görə sentyabrın 20-də 6 nəfər saxlanıb.

Bundan əvvəl, filmin rejissoru Aleksei Ucitelin vəkilinin ofisi ətrafında avtomobillərin yandırılmasına görə, 3 nəfərin həbs olunması barədə məlumat yayılmışdı.

Kalininin özü Lipetsk vilayətinin Qryazi şəhərində saxlanıb.

Qeyd edək ki, Rusiyanın Cinema Park və Formula Kino kinoteatrlar şəbəkəsi çar II Nikolayın romantik gəncliyindən bəhs edən “Matilda” filminin nümayişıindən imtina edib.

Şəbəkə bunu film və onun rejissoru üzərinə çoxsaylı hücumların ardınca, tamaşaçıların həyatından narahatlığı ilə izah edib.

Tanınmış rejissor Aleksey Uçitelin bu filmində gələcək çarın hələ vəliəhd olduğu gənclıik illərində balet aktrisası Matilda Kşesinskaya ilə yaşadığı sevgi macərasından bəhs olunur.

Lakin bu film monarxistlərin və Rusiya pravoslav fəallarının qəzəbinə səbəb olub. Onlar deyirlər ki, film Rusiya Pravoslav Kilsəsi tərəfindən 2000-ci ildə ailəsi ilə birlikdə müqəddəsləşdirilmiş Nikolayın xatirəsinə təhqirdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG