Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:10

Saakashvili Kiyevdən vətəndaşlığının ləğvi sənədlərini tələb edir


Mikheil Saakashvili

Odessa vilayətinin keçmiş qubernatoru və Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili sentyabrın 19-da Kiyevə gəlib.

O, bird daha vətəndaşlığının bərpa olunması uğrunda mübarizə aparacağını deyib.

Saakashvili president administrasiyasının binası yaxınlığında jurnalistlərə deyib ki, president və dövlət orqanlarından vətəndaşlığının ləğvi ilə bağlı ona sənədlər təqdim olunmasını tələb edir.

Qeyd edək ki, president Petro Poroshenko bu ilin iyulunda ABŞ-da səfərdə olarkən Saakashvilini vətəndaşlıqdan məhrum edib.

O, sentyabrın 10-da tərəfdarlarının dəstəyi ilə Polşa sərhədindən Ukraynanın Lvov şəhərinə keçib.

Hakimiyyəti korrupsiyaya qurşanmaqda ittiham edən Saakashvili ölkədə islahatlar aparılmasını tələb edir, xüsusilə də hakimiyyətdə.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG