Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:23

ABŞ Konqresinin üzvləri Yerevandadır, Dağlıq Qarabağa gedəni də var


 Anna Eshoo (solda) və Jackie Speier
Anna Eshoo (solda) və Jackie Speier

Ermənistanda səfərdə olan ABŞ Konqresinin üzvü, erməni əsilli Anna Eshoo sentyabrın 19-da Yerevanda Ermənistanın Armenpress agentliyinə deyib ki, “Azərbaycanın pulyuma maşını” araşdırmasının nəticələri narahatedicidir”.

O deyib: “ Bunların araşdırılması vacibdir, çünki biz bunu ABŞ-ın milli maraqları baxımından mühüm məsələ hesab edirik.”

Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

ABŞ konqresmeni David Valadao isə sentyabrın 18-də Dağlıq Qarabağa gedib.

O, Britaniya-ABŞ təşkilatı olan HALO Trust-ın ərazilərin minalardan təmizlənməsi proqramları ilə tanış olub. Valadao bu proqramların maliyyələşməsinə Konqres üzvü kimi yardım edib.

İki həftə qabaq Valadao ABŞ qanunverciliyinə düzəliş təklif edib. O təklif edir ki, Halo Trust-ın Dağlıq Qarabağda minalardan təmizlənmə layihələrinə ABŞ davamlı yardım etsin. ABŞ -ın nümayəndələr palatası bu işlərə maliyyəni 2018-ci ildə ABŞ-ın xarici yardım proqramı çərçivəsində təsdiq edib.

David Valadao Dağlıq Qarabağda
David Valadao Dağlıq Qarabağda

Eshoo və Valadao sentyabrın 17-də Konqresin Ermənistana gedən nümayəndə heyətinin tərkibinə daxildirlər. Nümayəndə heyəti Konqresdə erməni məsələri üzrə altkomissiyasının həmsədrləri Jackie Speier, David Valadao və Frank Pallone, konqresmenlər Anna Eshoo, Tulsi Gabbard və James Sensenbrennerdən ibarətdir.

Erməni əsilli digər konqresmen, Ermənistanı "demokratik ölkə" adlandıran Jackie Speier səfər barədə “Amerikanın Səsi”nə deyib ki, “bu, ola bilsin, ABŞ konqresmenlərinin demokratik Ermənistana ən geniş heyətdə səfəridir”. Speier deyib: “Kim ki, erməni əsillidir, onun Vətəninə səfəri çox əhəmiyyətlidir. Mən istərdim ki, Rusiyanın aqressiv təzyiqləri altında olan Ermənistan külli miqdarda yardım alsın.”

O həmçinin bildirib ki, Rusiyadan enerji asılılığı olan Ermənistanın enerji müstəqilliyi də müzakirə olunur.

Speier səfərin digər məqsədləri barədə deyib ki, Ermənistanda korrupsya ilə mübarizəyə yardım və demokratiyaya daha yaxşı şəraitin yaradılması səfərin hədəflərindəndir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG