Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 10:01

“Zapad-2017” təlimi zamanı 2 nəfər raket zərbəsindən ağır yaralanıb (Video)


Vladimir Putin, Sergei Shoigu və Valery Gerasimov

“Zapad-2017” təlimləri zamanı Ka-52 vertolyotunun buraxdığı raket hədəfə yox, adamlara tərəf hərəkət edib.

Azı 2 nəfərin ağır xəsarət aldığı xəbər verirlir.

Azadlıq Radiosu Rusiya xidmətinin 66.ru internet portalına istinadla verdiyi məlumata görə, raket zərbəsinə səbəb texniki nasazlıq ola bilər.

İnsidentin sentyabrın 17 və ya 18-də “Lujskiy” poliqonundan açıldığı bildirilir.

Prezident Vladimir Putinlə müdafiə naziri Sergei Shoigu bu ərəfədə həmin poliqona baş çəkməliymişlər.

Rusiya və Belarus ərazilərində keçirilən “Zapad-2017” təlimləri sentyabrın 14-dən başlayıb.

Hərbi təlimlərdə 10 mindən çox canlı qüvvə,yüzlərlə tank, artileriya qüvvələri, onlarla hərbi gəmi və vertolyot iştirak edir.

Oz növbəsində NATO ölkələri, həmçinin Gürcüstan və Moldova Ukrayna ərazisində birgə hərbi təlimlər keçirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG