Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Sarkisyan Azərbaycanı "reallıq hissini itirmiş qonşu" adlandırır


Serj Sarkisiyan
Serj Sarkisiyan

Yerevanda sentyabrın 18-də Ermənistan-Diaspor 6-cı Ümumerməni Forumu başlanıb. Forum "Qarşılıqlı inam, birlik və məsuliyyət" şüarı ilə keçirilir.

Forumda çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, "bizim gücümüz birlikdədir".

Ermənistanın News.am xəbər saytının məlumatına görə,Sarkisyan öz çıxışında Azərbaycan barədə deyib ki, “bizim reallıq hissini itirmiş qonşumuza baxmayaraq erməni əsgəri bizim sabitsiz regionda sülh və sabitliyi qoruyur”.

O deyib ki, “Qarabağdakı, Ermənistandakı erməni icmaları və diaspor öz mövqeyini sərtləşdirəcək. Azərbaycan beynəlxalq prispilərlə barışmayınca, sülh olmaycaq”

Dağlıq Qarabağ barədə Sarkisiyan deyib ki, “Dağlıq Qarabağ əhalisinin öz vətənində yaşamaq kimi təbii haqqı var.” Sarkisiyan iddia edir ki, “ Bu haqq tarixi faktdır” və “yerdə qalanları sülh danışıqları ilə yoluna qoymaq olara”.

Sarkisyan deyib: “ biz sübut etdik ki, bu yoldan bizi döndərmək olmaz”.

News.am xəbər saytı həmçinin bildirir ki, Türkiyə parlamentində Kürd Demokratik partiyasından deputat və milliyətcə erməni olan Garo Paylan ilk dəfədir Ermənistana gəlib.

Ancaq o yalnız bunu deyib ki, Ermənistana gəlməyinə şaddır, jurnalistlərin digər suallarına cavab vermək istəməyib.

Forumda ABŞ, Belçika, Rusiya, Argentina, İran, Türkiyə, Livan, Kanada, BƏƏ, Suriya və digər ölkələrin erməni diasporları iştirak edir. Forum sentyabrın 20-nə kimi davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG