Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:27

Yeni Yasamalda sakinlərin aksiya keçirdiyi bildirilir


Foto arxiv

Sentyabrın 17-si Bakının Yeni Yasamal qəsəbəsindəki Bünyadzadə küçəsi,15 ünvanında yerləşən binanın bir qrup sakinin aksiya keçirdiyi bildirilir.

Məlumatı Azadliq Radiosuna Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayıl verib.

Onun sözlərinə görə, aksiyaya səbəb “Beliy Lebed” MTK-nın tikdiyibu binada yaşayanlara kupça verilməməsidir.

Z. İsmayıl vurğulayıb ki, MTK rəhbərliyi etirazçıları dinləmək əvəzinə, hadisə yerinə polis çağırıb.

“Polis aksiyaya müdaxilə edib və etirazın təşkilatçısı kimi tanınan Vüsal adlı şəxsi saxlayıb, bir müddət sonra sərbəst buraxıblar”, deyə Zakir İsmayıl bildirib.

MTK-nin mühasibi Nurəddin Kərmov AzadliqRadiosuna deyib ki, kupçanın verilməməsi onlarla bağlı deyil. Bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir:

“Biz də çalışırıq ki, kupça verilsin. Binada kommunal problemlər yoxdur, qaz, su, işıq fasiləsiz verilir, yalnız kupça gecikir. O da Bakı şəhər rəhbərliyinin səlahiyyətindədir. Məsələ yaxın zamanlarda həll edilməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG