Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:59

Londondakı terror aktına görə daha bir şübhəli həbs edildi


Foto arxiv

London metrosunda törədilən partlayışın təşkilində şübhəli bilinən daha bir adam həbs edilib.

Bu barədə sentyabrın 17-də Reuters agentliyi məlumat yayıb.

Onun 21 yaşı olduğu və London ətrafında həbs olunduğu bldirilir.

Qeyd edək ki, bu, həmin terror aktı ilə bağlı həbs olunan ikinci şübhəlidir.

Hələlik onların adları və milliyəti barədə məlumat verilmir.

Sentyabrın 15-də London metrosunda törədilən partlayışda 30 nəfər xəsarət alıb.

Polisin məlumatına görə partlayıcı düzgün işləmədiyindən yanıb və buna görə təlafat olmayıb.

İstintaqın qənaətinə görə əgər bomba var gücü ilə partlsaydı, nəticəsi bundan qat-qat ağır olardı.

Bu terror aktına görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG