Kazanda naməlum adamlar ticarət mərkəzləri və otellər də daxil olmaqla 9 obyektə partlayıcı qoyulması barədə məlumat veriblər.
Bu barədə “İnterfaks” agentliyi sentyabrın 16-da hüquq-mühavizə orqanlarına istinadla xəbər verir.
Məlumata görə, 9 obyektin hamısı evakuasiya edilib.
TASS-ın məlumatına görə isə, bu hallardan azı birində söhbət xüsusi xidmətin məşqindən gedir.
Qeyd edək ki, sentyabrın 10-dan Rusiyanın müxtəlif şəhərlərində hüquq-mühavizə orqanlarına vağzallar, ticarət mərkəzləri və təhsil müəssisələrinə bomba qoyulması barədə anonim zənglər daxil olur.
Bu müddət ərzində 100-dən çox obyekt evakuasiya edilib.
Amma indiyədək partlayıcı aşkar edilməyib.