Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:28

Yerevanın mərkəzində atışma siyasi davanın nəticəsidir?


Yerevan, Tufenkian Hoteli

Ermənistan İstintaq Komitəsi Yerevanın mərkəzində sentyabrın 14-dəki atışmanın iştirakçılarını müəyyən edib.

Sentyabrın 14-də günorta Yerevanın mərkəzində 43 yaşlı Gagik Mosinyan güllələnib, onun yanında olan Vaahn Abgaryan isə yaralanıb.

Ermənistanın news.am xəbər saytı xəbər verir ki, istintaq materiallarına görə, 3 nəfərdən ibarət dəstə Yerevanda Tufenkian hoteli yaxınlığında səhər 6:30-dan maşında pusqu qurub, öz qurbanlarını bir neçə saat gözləyib.

Saat 13:25-də onlar Mosinyanın və Abgaryanın hoteldən çıxdığını görüb, atəş açmağa başlayıblar.

Hücum edənlər hadisə yerindən qaçıblar, yerdə isə Kalashnikov avtomatı, tapança, avtomat gilzləri tapılıb.

Müstəntiqlər müəyyən ediblər ki, hücum edənlərin Mosinyan və Abgaryanla köhnə mübahisələri olub. Bu baş verənlər köhnə davanın davamıdır.

Mübahisənin nədən ibarət olması haqda məlumat verilmir.

Hücum edənlər - А.Blbulyan, A.Karadavidov, R. Khachatryan haqda cinayət işi açılıb, onlar axtarışa verilib.

SİYASİ MƏSƏLƏ?

"Yerevanın mərkəzində atəş hakim Respublika parttiyası daxilində nüfuz uğrunda mübarizədə haqq-hesab çəkilməsidir". - Bunu Ermənistan parlamentində brifinqdə Çıxış blokunun rəhbəri Nikol Pashinyan deyib.

Pashinyanın sözlərinə görə, son parlament seçkilərində səs qazanmağa kömək edən iki şəxs üz-üzə gəldi.

Pashinyan deyib ki, istintaq müəyyən eləməlidir ki, atəş açanların Alaverdi şəhərinin keçmiş meri Artur Nalbandyanla hansı əlaqələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG