Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:11

Suriyada təhlükəsiz zona üzrə razılaşma 'çox yaxındır'


Suriya sülh danışıqlarının Rusiya təmsilçisi Aleksandr Lavrentyev

Suriyada dördüncü təhlükəsiz zona yaradılması üzrə razılaşma “çox yaxındır”.

Bunu Astanada keçirilən Suriya sülh danışıqlarının altıncı raundunda Rusiyanın təmsilçisi söyləyib.

Buna da bax:​ Rusiya ABŞ-ın təklifini 'düzgün addım' sayır

Aleksandr Lavrentyev sentyabrın 14-də – danışıqların ilk günündə deyib ki, Rusiya, İran və Türkiyə “de-eskalasiya zona”sının yaradılması üzrə “razılaşmanın imzalanmasına çox yaxındırlar”.

Dördüncü zonanın Türkiyə ilə sərhəddəki İdlib vilayəti ətrafında yaradılması nəzərdə tutulur.

Rusiya daha öncə Suriyada üç təhlükəsizlik zonası yaradıb, həmin ərazilərdə zorakılıqlar azalıb.

Rusiyayla İran Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad hökumətini dəstəkləyirlər. Türkiyə və Birləşmiş Ştatlar isə müxtəlif üsyançı qruplara arxa dururlar. Vətəndaş müharibəsində 330 min nəfərin həlak olduğu bildirilir.

Buna da bax: İran Suriyanın elektrik infrastrukturunu bərpa edəcək

Rusiya ordu rəsmiləri bildiriblər ki, Moskva de-eskalasiya planının bir hissəsi olan atəşkəsə nəzarət məqsədiylə İdlib vilayətinə hərbi polisin yerləşdirilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG