Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:29

95 rusiyalı atletə qarşı dopinq işi bağlanıb


Rusiya-dopinq (illüstrasiya)

Ümumdünya Antidopinq Agentliyi (WADA) 96 rusiyalı atletə qarşı işi bağlayıb. Bu barədə media sentyabrın 13-də yazıb.

Agentliyin işçi qrupu Rusiyanın idman proqramlarında dopinqdən istifadənin geniş yayıldığını və bunun ört-basdı edildiyini aşkarlayandan sonra bu işlər açılmışdı.

İlk dəfə sentyabrın 12-də “The New York Times” 95 işin bağlanması barədə yazıb. Rəsmilər dopinq ittihamının araşdırılmasına yetərincə dəlil olmadığını bildiriblər.

Buna da bax:​ Rus atletlər Riosuz qala bilər

“Bu, tamamilə prosedura uyğundur və səmimi desək, gözlənilməz deyil”, – WADA-nın baş direktoru Olivier Niggli “The Associated Press” agentliyinə deyib.

Dopinq qalmaqalında adları çəkilən digər atletlərlə bağlı araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG