Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:31

Başıbağlı qızları məktəbə buraxmırlar


Arxiv, hijablı qızlar
Arxiv, hijablı qızlar

Qazaxıstanın qərbindəki Janaozen şəhərciyində 60 məktəbli qız oxuduqları məktəbə gedə bilmir. 8 nömrəli məktbin müdiriyyəti başı bağlı qızları dərsə buraxmaq istəmir.

Qapıçı qızı məktəbə buraxmır. Atası soruşur ki, niyə? Qapıçı deyir ki, “o de, 26 nömrəli əmr. Düzgün geyindirin, buraxaq.”

Qazaxıstanda başı bağlı qızları məktəbə buraxmırlar
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Janaozenin o biri məktıblərində də eyni durumdur. Bir nömrəli məktəbdə də qapıda dayanan polis təsdqiləyir ki, başıbağlı qızları məktəbə buraxmaq olmaz. Bu, müdiriyyətin əmridir. Amma həmin məktəbin rəhbərliyi bu mövzuda suallara heç bir şərh vermək istəmədi.

8 nömrəli məktəbin direktoru vəzifəsini icra edən Aknur Demexanova isə deyir ki, başıbağlı qızları dərsə buraxmamaq qərarını valideynlər özləri veriblər.

Aknur Demexanova: "Valideyn iclasında yekdilliklə qərar qəbul olundu. Bu qərarı divara vurmuşuq. Məktəb forması haqda qaydalarda hicab, dini baş yaylığı yoxdur. Dinlə bağlı əşyalar olmaz".

Şəhər təhsil idarəsində deyirlər ki, qadağan yuxarıdan , nazirlikdən gəlir. Ancaq Azadlıq Radiosunun Qazax xidmətinin məlumatına görə, nazirliyin keçən ilin yanvarında çap olunan əmrində məktəb paltarında dini atributları qadağan edən heç nə yazılmayıb.

Azərbaycanda da uzun müddət islam qaydası ilə geyinən qız uşaqlarının məktəbə buraxılmaması etirazlara səbəb olmuşdu. Amma təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, son vaxtlar bununla bağlı şikaytlər gəlmir, nəinki qız uşaqları, elə müəllimlər də başı bağlı dərsə gedə bilirlər.

Məlahət Mürşüdlü, Azad Müəllimlər Birliyinin sədri : "“Bizdə qanunla qadağan yoxdur. Əvvəllər şikayətlər olurdu, ancaq son vaxtlar belə şikayətlər almırıq. Məktəblərdə başıbağlı şagirdlərlə yanaşı, həm də başıbağlı müəllimlər var”

Məlahət Mürşüdlü onu da deyir ki, keçən il və bu il başıbağlı qadınlar müəllimlərin işə qəbulu müsabiqələrində də iştirak ediblər və onlar arasında işə qəbul olunanlar var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG