Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 07:32

Türkiyə Rusiyadan S-400 raketləri alınması barədə razılaşma imzaladı


S-400 raket kompleksi

Türkiyə Rusiyadan S-400 raket kompleksləri alınması barədə Moskva ilə razılaşma imzalayıb.

Bu barədə Türkiyə qəzetləri president Racep Tayyip Erdogana istindla xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Kozhin müqavilənin imzalandığını və artıq icraya hazır olduğunu deyib.

O qeyd edib ki, müqavilədəki bütün müddəalar Rusiyanın strateji maraqlarına tam cavab verir.

Türkiyənin NATO üzvü olmayan ölkədən belə bir silah alması barədə razılaşma, Qərbdə bunun texniki baxımdan NATO avadanlıqlarına uzlaşması barədə narahatlıq doğurur.

Amma Erdogan təkid edir ki, Türkiyə özünün müdafiə tələbatı baxımından sərbəst qərar verə bilər.

“Biz müstəqilliyimiz barədə özümüz qərar veririk. Biz ölkəmizi qorumaq üçün təhlükəsizlik və müdafiə sahələrində tədbirlər görməliyik” Erdogan sentyabrın 12-də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG