Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:59

Özbəkistan plovda dünya rekordu vurub. Sentyabrın 8-də Daşkənddə dünyanın ən böyük plovu bişirilib. Plovun çəkisi 7 ton 360 kq-dır. Rekordu Guinness Rekordları Kitabının nümayəndələri təsdiqləyiblər.

Özbək plovunda rekord vurulacağını əvvəlcədən hər yerdə elan elədiklərinə görə, plova baxmağa on minlərlə, bəlkə də yüz minlərlə adam gəlmişdi. Ancaq nəhəng qazan olan yerə yalnız dəvətnaməsi olan seçilmişlər yaxın düşə bildi. Adlı dəvətnamələri isə həmin seçilmiş adamlara əvvəlcədən icra hakimiyyəti göndərmişdi. Bunlar diplomatlar, dövlət qurumlarında çalışan məmurlar idi.

Qalanlar isə plovu ekrandan izləyib.

Daşkənd sakini olan qadın narazıdır: “İzah eləmirlər ki, baxmaq niyə dəvətnamə ilədir? Bu, bizim üçün deyil, televiziya üçündür. Xalq üçün olsa idi, xalqı buraxardılar”

Plovu 50 aşpaz bişirib. Ona 1,5 ton mal əti, yarım ton qoyun əti, 2 ton düyü, 2,7 ton kök, 220 kq soğan, 440 litr bitki yağı, 57 kq duz, 300 kq ədviyyat işlənib.

Adamları niyə buraxmadılar?-sualına isə yerli mühafizə xidmətinin öz izahı var: birdən plova göz dəyər :" hamı baxsa, plov yaxşı alınmaz. Gözə gətirərlər.”

Özbəkistan plovda dünya rekordu vurdu
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Özbəkistanda plov rekordu vurduqları kimi Azərbaycanda da tort rekordu vururlar. Buna bənzər hadisələr bir neçə il əvvələ qədər Eldar Əzizovun rəhbərlik etdiyi Gəncədə və Sumqayıtda tez-tez baş verirdi. Eldar Əzizov ölkə prezidenti İlham Əliyevin hər ad günündə onun yaşı uzunluqda tort bişirtdirirdi.

İlham Əliyevin 50 yaşı olanda bişirilən tortun uzunluğu 50 metr , çəkisi 12 ton idi. Eldar Əzizov deyirdi ki, bu, Avropada ən böyük tortdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG