Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:10

Jagland Mehman Əliyevlə bağlı bəyanat verib


Thorbjorn Jagland

Avropa Şurasının baş katibi Thorbjørn Jagland “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin ev dustaqlığına buraxılmasına münasibət bildirib.

“Jurnalistin həbsdən buraxılması alqışlansa da, ona qarşı ittihamların qüvvədə qaldığını qeyd edirik”, – bəyanatda deyilir.

Buna da bax:​ Mehman Əliyev azadlıqda [yenilənir] [video]

Avqustun 25-də, Mehman Əliyev saxlanandan sonra verdiyi bəyanatda Jagland Azərbaycan hakimiyyətini, azadlıqdan məhrumetmədən yayınmaq üçün Avropa İnsan Haqları Konvensiyasına uyğun öhdəliklərinə tam əməl etməyə çağırmışdı. Həmin bəyanatda vurğulanırdı ki, media və jurnalistlər qorxudulmadan, kənar təsirə məruz qalmadan fəaliyyətlərini gerçəkləşdirə bilməlidirlər. Sentyabrın 11-də yayılmış açıqlamadan bu fikirlər bir daha sadalanır.

XATIRLATMA

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Buna da bax: Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev ev dustaqlığına buraxılıb.

Buna da bax:

Mehman Əliyev:"...səbəb ictimai dəstəkdir"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG