Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 16:09

Ukrayna BMT-yə qətnamə layihəsi təqdim edib


Foto arxiv

Ukraynanın BMT-ki nümayəndələri həmkarlarına Donbasda sülhməramlı qüvvələr yerləşdirilməsi ilə bağlı qətnamə layihəsi təqdim ediblər.

RİA Novosti-nin sentyabrın 9-da verdiyi məlumata görə, bu barədə Ukrayna president administrasiyasının sədr müavini Konstantin Eliseev açıqlama verib.

Onun sözlərinə görə Kiyev bu sənəditəhlükəsizlik şurasına hələ 2016-cı ildə təqdim elmişdi, amma Rusiyanın mövqeinə görə ona lazımi diqqət göstərilmədi.

Kiyev hesab edir ki, BMT qüvvələri təkcə qoşunların təmas xəttində yox, separatçıların nəzarətində olan Ukrayna-Rusiya sərhədindəki ərazilərdə də yerləşdirilməlidir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bu günlərdə xarici işlər nazirliyinə BMT-nin təhlükəsizlik şurasına çıxarmaq üçün belə bir qətnamə layihəsi hazırlanmasını təklif edib.

Amma Putin qeyd edib ki, söhbət yalnız ATƏT əməkdaşları, onların fəaliyyətinin təhlükəsizliyinintəmin edilməsi funksiyasından gedə bilər.

2014-cü ildən Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 10 mindən çox adam ölüb.

Qərb Moskvanı bölgədəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Ukrayna ordusunun baş qərargahından verilən məlumata görə, hazırda bölgədə separatçıların tərəfindən 40 mindən çox adam döyüşür, o cümlədən də kadrlaşdırılmış 5 minədək Rusiya hərbçisi.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG