Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:54

Mehman Əliyevin şikayətinə baxılacaq tarix açıqlandı


Mehman Əliyev. İllüstrasiya. Gündüz Ağayev

Sabah, sentyabrın 8-i Bakı Apelyasiya Məhkəməsində Mehman Əliyevin işi ilə bağlı verilən şikayətə baxılacaq.

Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb:

“Bakı Apellyasiya Məhkəməsindən zəng vurub dedilər ki, tutma qərarı ilə bağlı apellyasiya şikayətinə sabah baxılacaq”

Buna da bax:​ Mehman Əliyev ev dustaqlığına buraxılmadı

Bu gün, sentyabrın 7-si «Turan» İnformasiya Agentliyinin (İA) həbsdə olan direktoru Mehman Əliyevlə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdi.

Müdafiə tərəfi bundan əvvəl Yasamal Rayon Məhkəməsinə girov əvəzində M.Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim etmişdi.

Həmin vəsatətdə M.Əliyevin tutulmasının əsassız olduğu bildirilirdi. Dünən, sentyabrın 6-sı Yasamal Rayon Məhkəməsində vəsatətə baxılıb və o, təmin edilməmişdi.

M.Əliyev özü də məhkəmədə çıxış etmişdi. Vəkilinin vəsatətini müdafiə edən M.Əliyev bildirmişdi ki, həbsindən əvvəl də dəfələrlə şifahi şəkildə istintaqa çağrılıb və hər dəfə də gedib ifadə verib. Həbs olunan gün isə istintaq orqanına onu telefon zəngi ilə çağırıblar.

Buna da bax: Ombudsman nümayəndələri təcridxanada olublar

Hakim isə bu deyilənləri nəzərə almamışdı.

Bu apellyasiya şikayətində həmin qərara etiraz bildirilir.

Vəkil sentyabrın 6-da keçirilən prosesdən sonra bildirmişdi ki, qərardan apellyasiya şikayəti veriləcək. Əgər Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməsə, bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəklər.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları, hələ də istintaqa çağırılmaqdadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG