Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:08

Shecin: "Ulyukaev pulun dalınca özü gəlib və öz əlləri ilə maşına qoyaraq gedib”


Igor Sechin

“Rosneft” in rəhbəri İgor Sechin hesab edir ki, keçmiş iqtisadi inkişaf naziri Aleksei Ulyukaev “Başneft” in özəlləşdirilməsinə razılıq vermək üçün pul tələb etməklə cinayət törədib.

“Ulyukaev məbləği özü müəyyən edib, onun dalınca özü gəlib, öz əlləri ilə götürüb maşına qoyub və gedib” Sechin Vladivostokda keçirilən “ Şərqi iqtisadi forum” çərçivəsində jurnalistlərə deyib.

Prokuror sentyabrın 5-də keçirilən məhkəmə iclasında Federal təhlükəsizlik xidməti əməkdaşlarının hesabatını oxuyub.

Keçmiş nazirin “Rosneft” in qərargahında saxlanarkən dediyinə görə, Sechindən aldığı çantada vino olub.

Amma hesabata görə çantada 2 milyon dollar aşkar edilib.

Məhkəmədə həmçinin Sechinin Ulyukaevlə görüşünün xüsusi qurğu ilə yazılmış söhbəti açıqlanıb.

Onlar söhbət zamanı puldan danışmırlar, amma 9 dəfə “səbət” sözü işlədilir.

İstintaqın versiyasına görə, söhbət Sechin-in Ulyukaevə verdiyi rüşvətdən gedir.

Aleksei Ulyukaev noyabrın 15-də “Rosneft” in ofisində həbs olunub.

İstintaqın versiyasına görə, keçmiş nazir “Başneft”lə sərfəli sövdələşmə əvəzində 2 milyon dollar rüşvət alıb.

Hazırda ev dustağı oln Ulyukaev ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG