Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:37

Məktəblilərə hər gün 5 dəqiqə siyasi dərs keçirlər


Rusiyada məktəb, arxiv

Rusiyanın Krasnodar Diyarının Təhsil idarəsi sentyabrın 1-də regionun bütün məktəblərinə hər gün birinci dərsin ilk beş dəqiqəsini siyasi xəbərlərə həsr etməyi tövsiyə edib. “İnformasiya 5 dəqiqəliyi” adlanan bu müddətdə müəllimlər uşaqlara Rusiya televiziyasının 1-ci kanalının göstərdiklərini danışacaqlar.

Təhsil idarəsində hesab edirlər ki, bu 5 dəqiqə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin səmərəsini artıracaq.

Siyasi hadisələr haqda belə mühazirələr bundan əvvəl Ural məktəblərində də keçirilməyə başlayıb.

Mühazirəçi İvan Aqulov soruşur ki, bu qədər qəddarlıq hardandır: “3 yaşlı yeganə oğulu taxtaya mıxladılar. Oğlan öləndə onun anasını BTR-ə bağladılar və küçə ilə sürüdülər.”

Məktəblərə 5 dəqiqəlik siyasi dərs tövsiyə olunur
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Azadlıq Radiosunun məlumatına görə, Aqulovun danışdığı hadisə haqda xəbəri 2014-cü ilin iyulunda Rusiya televiziyasının həmin 1-ci Kanalı verib. Ancaq Donbassın Slavyansk şəhərciyində Ukrayna əsgərlərinin uşağa və anasına işgəncə verib-öldürməsinin sübutları yoxdur. Aqulov isə bunun doğrudan da olmasını qətiyyən şübhə altına almır.

3-11-ci siniflərə mühazirə deyən Aqulov total izləmədən, internetin ziyanından danışır.

Valideynlər isə deyirlər ki, uşaqlar belə mühazirələrdən sonra gecəni pis yatırlar, qorxurlar, kompütrə yaxın getmirlər.

İrina Polovtseva: “Uşağım mənə deyir ki, bizi izləyirlər, Ana, sən bilirsən, bütün bu kompüterlər, telefonlar nə üçündür? Bizi izləmək üçün. Bu günlərdə dərs eləyəndə Googl-u açdıq ki, orda qədim Misir haqda məlumatlar tapaq. Uşağım qorxdu, Dedi ki, ana, indi kompüterin kamerasından bizi izləyirlər”.

Valideynlər inana bilmirlər ki, məktəblilərin belə tərbiyəsi hökumətin rəsmi kursudur. Uralın yerli təhsil idarəsindən isə Azadlıq Radiosuna deyiblər ki, bəli, bu mühazirələr təhsil idarəsinin razılığı ilə keçirilir.

XS
SM
MD
LG