Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 21:12

Uzaq Şərqdə kişilərin 70 faizi içkidən ölür


Araq

Rusiyanın Uzaq Şərq bölgəsində alkoqoldan istifadədən ölkə üzrə ortalama göstəricidən iki dəfə çox adam ölür. Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvrotsova Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.

Nazirin sözlərinə, ölkədə hər 100 min nəfərdən 60 nəfər xroniki alkoqolizmdən ölür. Uzaq Şərq regionu üzrə orta göstərici isə 120 nəfərdən çoxdur. Çukotkada 100 min nəfərdən 330 nəfər içkidən dünyasını dəyişir.

Uzaq Şərqdə 35 yaşadək kişilərin 70 faizi sərxoşluqla bağlı səbəblərdən dünyasını dəyişir, - nazir belə deyib.

Yanvarda verilmiş rəsmi məlumata görə, ölkə üzrə alkoqol istifadəsi 2009-cu illə müqayisədə 1.5 dəfə azalıb. İldə adambaşına 15 litrdən 10 litrə düşüb. Ancaq bu göstərici yenə də Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu normadan çoxdur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2015-ci ildə yaydığı məlumatda isə deyilirdi ki, Rusiyada ölümlərin üçdə biri alkoqoldan istifadəylə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG