Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:24

Rusiyada terror qurbanlarını xatirəsi anılır


Beslan məktəbindəki terror qurbanları anılır

Rusiyada terrorçuluqla mübarizədə “Həmrəylik günü” qeyd olunur.

Paytaxt Moskvada insanlar Beslanda törədilən terror qurbanlarının abidəsi və Dubrovka-dakı teatr mərkəzinə çiçəklə aparır.

Həmçinin “Rijskaya”, “Avtozavodskaya”,”Park kulturu” və ”Lubyanka” metro stansiyaları, “Natsional” höteli, “Tuşinsk” aerodromu, “Puşkin” meydanındakı yeraltı keçid ,habelə “Quryanova” küçəsi və “Kaşirsk” yolundakı pardladılan evlərin ətrafında xatirə aksiyaları keçirilir.

Terrorçuluqla mübarizədə “Həmrəylik günü” Rusiyada hər il sentyabrın 3-də qeyd olunur.

2004-cü il sentyabrın 3-də Şimali Osetiyanın Beslan şəhərindəki orta məktəbə hücum zamanı 334 nəfər öldü ki, onların 186 nəfəri şagirdlər idi.

Bu günlər Beslanın özündə matəm mərasimləri keçirilir.

Avropa insan haqları məhkəməsi 2017-ci ildə qərara aldı ki, Rusiya hakimiyyəti məktə hücum zamanı insanların həyatına olan təhlükənin qarşısını ala bilməyib, öz höhtəliyini yerinə yetirə bilməyib.

Məktəbi çeçen yaraqlıları zəbt eləmişdi.

Hücum zamanı binada olan şagirdlər və işçilər də daxil olmaqla terroçuların hamısı məhv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG