Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:16

Saakashvilinin qardaşı Ukraynada saxlanıb


Mikheil Saakashvili

Keşmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin qardaşı Ukraynadan deportasiya edilir.

Ukrayna daxili işlər nazirliyinin sözçüsü Artem Shevchenko sentyabrın 2-də Azadlıq Radiosuna bildirib ki, David Saakashvilinin yaşayış icazəsi bu ilin martında ləğv edildiyindən saxlanıb.

“İndi qərar qəbul edilib ki, o bizim ölkənin ərazisini tərk etməlidir”, Shevchenko deyib.

Bir qədər sonra sərbəst buraxılan David Saakashvili həmçinin miqrasiya qanununu pozduğuna görə cərimə ödəməli olacaq.

Qeyd edək ki, keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

Ukrayna prezidenti Petro Poroshenko iyulun 26-da ABŞ-da səfərdə olarkən Saakashvilini vətəndaşlıqdan məhrum edib.

Saakashvili hazırda Polşadadır və ötən ay bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.

Saakashvili sentyabrın 2-də “Feysbuk”da yazıb ki, Ukrayna hakimiyyəti qardaşını ona görə saxlayıb ki, o vətənəninə dönməsin, bununla razılaşsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG