Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:22

Rusiya, Çin və Hindistanın yaratdıqları İnkişaf bankı bu ölkələrin özünə kredit ayırdı


Foto arxiv

Rusiya, Çin və Hindistanın yaratdıqları İnkişaf bankı bu ölkələrə 1,4 milyard dollar kredit ayırıb.

Bu bank 2014-cü ildə Vaşinqtondakı Dünya Bankı-na alternativ olaraq yaradılıb.

Bu məbləğin 460 milyonu Rusiya məhkəmə sisteminin komputer şəbəkəsinin inkişafına, 470 milyonu Hindistanın kənd təsərrüfatının su təhcizatına, qalanı isə Çində enerji və daşqınlara nəzarət sahəsinə sərf olunacaq.

Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Xi Jinping və digər BRİCS ölkələrinin liderləri sentyabrın 4-5-də Çinin Xiamen şəhərində bir araya gələcəklər.

BRİCS təşkilatına Braziliya,Rusiya, Hindistan,Çin və Cənubi Adrika ölkələri daxildir.

Vladimir Putin sammitdə Şimali Koreya yarımadasındakı vəziyyətlə bağlı məsələ qaldıracağını bildirib.

Putin sentyabrın 1-də Kremlin saytındakı yazılarından birində, Şimali Koreyanın raket və nüvə proqramı ilə bağlı qarşıdurmanın irimiqyaslı münaqişə həddinə çatdığını vurğulayıb.

Putinin köməkçisi Yuri Ushakov deyib ki, Rusiya prezidenti Moskva və Pekinin hazırladıqları yol xəritəsi ilə münaqişənin dinc yolla həllinə çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG