Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21

On minlərlə müsəlman Birmadan Banqladeşə qaçır


Rohinca qaçqınları Banqladeş sərhəddində
Rohinca qaçqınları Banqladeş sərhəddində

Birmanın şimalında - Raxin ştatındakı toqquşmalarda 400 adam ölüb. Rohinca yaraqlıları ilə ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlərə görə minlərlə Rohinca müsəlman qonşu Banqladeşə qaçır.

Banqladeş sahillərində Rohinca müsəlmanlarının meyitlərinə rast gəlinir. Onlar dənizlə Banqladeşə keçmək istərkən suda batanlardır.

Quru ilə Banqladeşə gələnlər daha çoxdur. BMT-nin son məlumatına görə, bir həftəyə Banqladeşə 27000 Rohinca müsəlmanı keçib. Birmada isə Rohinca yaraqlıları polis məntəqələrinə, ordu hissələrinə hücum edir, bu hücumlar ordunun güclü əks-hücumları ilə qarşılaşır.

Buddist ölkə olan Birmada rohincalar milli azlıqdır. Müsəlman olan rohincaların sayı 1 milyon 100 mindir.

Rohincalar illərdir ki, təqiblərə məruz qaldıqlarını deyirlər.

Rohinca qaçqını: “Buddistlər bizi güllələyir, evlərimizi yandırır. Mənim ərimi güllə ilə vurdular”.

Bu ilin fevralında BMT də Birma hərbçilərini rohincalara qarşı kütləvi qətllərdə, zorlamalarda ittiham etdi.

On minlərlə müsəlman Birmadan qaçır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Ancaq münaqişə zonasından qaçanlar təkcə müsəlmanlar deyil. Buddistlər də qaçır. Onlar Birmadakı məbədlərə sığınırlar. Onlar da narazıdır.

Buddist qaçqın: "Mənə qızıl da, pul da versələr, mən bir də buralara qayıtmaram. Mən yalnız o vaxt qayıdaram ki, burda müsəlman olmasın. Onlar mənim ərimin boğazını kəsdilər."

Buna da bax: Fotoqalereya: Rohinca müsəlmanları Banqladeşə qaçır

Rohinca müsəlmanları ilə bağlı böhran Birma lideri, Nobel sülh mükafatı laureatı Aung San Suu Kyi-nin nüfuzuna ciddi zərbə vurub.

BMT-nin keçmiş baş katibi Koffi Annan Birma lideri ilə görüşdə dedi ki, qırğınların günahlarları məsuliyyətə cəlb olunmalıdır.

Suu Kyinin hökuməti bildirir ki, mübarizə terrorizmlə gedir, Qərb tənqidçiləri isə deyirlər ki, müsəlmanların vəziyyəti ilə bağlı duruma hökumət vaxtında reaksiya verməyib.

İndiliksə, minlərlə Rohinca qaçqını Banqladeşə axışmaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG