Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:14

Moskvada Qurban Bayramına 200 min adam gəlib (fotolar)


Moskvanın mərkəzi məscidi

Moskvada Qurban Bayramı ilə bağlı tədbirlərdə 200 min adam iştirak edib.

Bunu Moskva polis idarəsinin mətbuat xidməti bildirir.

Məlumatda deyilir ki, polis və təhlükısizlik xidmətləri Qurban bayramına həsr olunan tədbirlərin təhlükəsizliyini və asayişi təmin edirlər.

İndiyə kimi heç bir pozuntu qeydə alınmayıb.

Moskvada məscid yanında namaz
Moskvada məscid yanında namaz

Moskvanın yol polisi isə sentyabrın 1-də Qurban bayramı ilə bağlı yollarda tıxacların ən yüksək səviyyədə ola biləcəyi haqda sürücülərə xəbərdarlıq edib.

Moskvada bayram namazı
Moskvada bayram namazı

Pew Araşdırma Mərkəzinin bu ilin mayında yaydığı hesabata görə, Rusiya əhalisinin 10 faizi müsəlmandır.

Rusiyanın Rəy Sorğusu mərkəzinin keçirdiyi sorğuda isə rəyi soruşulanların 6 faizi bildirib ki, özünü müsəlman sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG