Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:33

Bu gün, sentyabrın 1-i Qəbələ rayonunda baş verən meşə yanğını ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib.

«Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, mülki müdafiə qoşunlarının, Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb və söndürmə işlərinə başlayıblar. Əlavə məlumat veriləcək», - məlumatda vurğulanır.

Bir neçə gün bundan əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verildiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların söndürüldüyü açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG