Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Zakharova yaraqlıların əlində kimyəvi silah olduğunu deyir


Maria Zakharova

Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova silahlı “Shabab al Sunna” qrupunun Suriyada kimyəvi silaha çıxışı olduğunu və ondan istifadə etmək istədiyini bəyan edib.

Bu barədə avqustun 31-də TASS agentliyi məlumat yayıb.

“Narahatlıq doğuran məlumat daxil olur.Rusiya tərəfində olan məlumata görə silahlı Shabab al Sunna qrupunda nkimyəvi silah var”, Zakharova deyib.

O qeyd edib ki, bu qrupun Deraa əyalətindəki silah anbarında zəhərli maaddələr olan bir neçə raket var və yaraqlılar ondan yaşayış məntəqələrindən birində istifadə etməyi planlaşdırırlar.

Rusiya bundan əvvəl Suriyadakı son kimyəvi obyektlərin məhv edildiyini bəyan eləmişdi.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 290 mindən çox adam ölüb.

Rusiya ilə İran bu müharibədə Suriya prezidenti Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG