Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:30

Sentyabrın 1-i Bakı və Abşeron yarımadasında yağıntı olmayacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

Sentyabrın 2-də də yağıntı gözlənilmir.

Abşeronda gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında da sentyabrın 1-də yağıntı olmayacağı bildirilir. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təxmin edilir

Sentyabrın 2-də isə gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti gözlənilir.

Sentyabrın 1-i və 2-si Qurban bayramıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG