Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:35

Rusiya Şimali Koreyaya qarşı hərbi addımdan çəkinməyə çağırır


Sergei Lavrov və Rex Tillerson

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatları Şimali Koreyaya qarşı hərbi addım atmamağa çağırıb. Bunu Lavrov amerikalı həmkarı Rex Tillerson-la telefon söhbətində dilə gətirib. Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi avqustun 30-da yayıb.

ABŞ prezidenti Donald Trump dəfələrlə deyib ki, Pxenyanın raket sınaqlarına cavab vermək üçün «bütün variantlar masanın üstündədir». O, avqustun 30-da Twitter-də yazıb ki, Şimali Koreya məsələsinin həllinin cavabı danışmaqda deyil.

Lavrov Tillerson-a deyib ki, ABŞ-ın Şimali Koreyaya qarşı hər hansı hərbi addımı «proqnozlaşdırılmayan nəticələr» verər. O, Şimali Koreyaya əlavə sanksiyaların əks-nəticələr törədəcəyini də sözlərinə əlavə edib.

Pxenyan bu həftə Yaponiya üzərinə nüvə başlığı daşıya bilən ballistik raket buraxıb. Bundan sonra Tokio Şimali Koreyaya yeni sanksiyalar qoymağa çağırıb. Daha öncəki oxşar sınaqlardan sonra BMT-nin Təhlükəsizlik Şurası Pxenyana yeni iqtisadi sanksiyalar qoymuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG